Yuxarı

"Qoç ət" MMC-nin satış meneceri məhkəmə zalından azadlığa buraxılıb

Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Etibar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə E.Aslanov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E.Aslanov "Qoç ət" MMC-nin satış meneceri vəzifəsində çalışıb. O, MMC-dən 40 min manat pul mənimsəməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlamılıb. E.Aslanovun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi