Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO Faktla bağlı araşırma aparılır
Hadisə
229
18 Noyabr , 2017 13:15
Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Qobustan. 18 noyabr. REPORT.AZ/ Qobustan rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir.

Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşırma aparılır.

Son xəbərlər

Orphus sistemi