Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Oktyabr , 2017 20:14
Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

Qobustan. 10 oktyabr. REPORT.AZ/ Qobustan rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-cı il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin - Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi