Qobustanda sərnişin avtobusu aşıb, xəsarət alan var

Qobustanda sərnişin avtobusu aşıb, xəsarət alan var Qobustan. 29 may. REPORT.AZ/ Qobustan rayonunda sərnişin avtobusu aşıb.
Hadisə
29 May , 2018 18:09
Qobustanda sərnişin avtobusu aşıb, xəsarət alan var

Qobustan. 29 may. REPORT.AZ/ Qobustan rayonunda sərnişin avtobusu aşıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun "Cəngi" yaşayış massivində qeydə alınıb.

Belə ki, Şəkidən Bakıya gələn avtobus hərəkətdə olarkən arxa şini partlayıb və nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlərdən Şəki rayonunun Baş Zəyzid kənd sakini Məryəm İsmayıl qızı Cəlalova ağır xəsarətlər alıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi