Qobustanda qohumlar arasında dava düşüb, yaralananlar var

Qobustanda qohumlar arasında dava düşüb, yaralananlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Noyabr , 2017 16:06
Qobustanda qohumlar arasında dava düşüb, yaralananlar var

Qobustan. 21 noyabr. REPORT.AZ/ Qobustan rayonunda qohumlar arasında dava düşüb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Cəngi yaşayış massivində qeydə alınıb. 

Belə ki, Qobustan rayonu, Ərəbşalbaş kənd sakini, 1989-cu il təvəllüdlü Mahir Əbdülhüseyn oğlu Hüseynov ilə dayısı oğlu, Bəklə kənd sakini, 1997-ci il təvəllüdlü Ramin Şahmirzə oğlu Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə R.Kərimov bibisi oğluna vintaçanla xəsarət yetirib, M.Hüseynov isə dayısı oğlunun başına bellə vurub. Hər iki şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qohumların Cəngi yaşayış massivində heyvandarlıqla məşğul olduqları və davanın da otlaq sahəsi üstündə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi