Qobustanda qəza olub, yaralanan var

Qobustanda qəza olub, yaralanan var Qobustanda qəza olub
Hadisə
8 Sentyabr , 2020 14:55
Qobustanda qəza olub, yaralanan var

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi