Qobustanda qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Qobustanda qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı ​​​​​​​Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Avqust , 2020 12:38
Qobustanda qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə avqustun 20-də saat 14 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi