​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayətinə baxılıb

​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
22 İyul , 2016 09:23
​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayətinə baxılıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Qobustanda qaynını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürməyə cəhd edib. B.Mahmudov ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi