Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib ​Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
16 Sentyabr , 2016 15:35
Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Qobustan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 22 radələrində qeydə alınıb. 
Belə ki, Sumqayıt şəhər sakini Səfa Bəkirov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yol ayırıcısına çırpıb. Nəticədə avtomobilin sürücüsü S.Bəkirov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi