Bakı. 7 avqust. REPORT.AZ/ Qobustanda müəssisələrdən birindən dizel yanacağı oğurlanmasına cəhd olunub.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Belə ki, avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb “QAZel” markalı avtomobilində aparmağa cəhd göstərən Qobustan qəsəbə sakini Xudayar Hüseynov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.