Qobustanda iki yük avtomobili toqquşub, ölən var

Qobustanda iki yük avtomobili toqquşub, ölən var Qobustan rayonu ərazisində “Mercedes” markalı yük avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub.
Hadisə
21 Dekabr , 2019 00:31
Qobustanda iki yük avtomobili toqquşub, ölən var

Qobustan rayonu ərazisində “Mercedes” markalı yük avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi