Qobustanda güclü küləyin aşırdığı ağac 120 abonenti qazsız qoyub

Qobustanda güclü küləyin aşırdığı ağac 120 abonenti qazsız qoyub Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.
Hadisə
22 Sentyabr , 2019 12:07
Qobustanda güclü küləyin aşırdığı ağac 120 abonenti qazsız qoyub

Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “Report” a verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. 

Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb. 

Son xəbərlər

Orphus sistemi