Qobustanda doğuş zamanı ana dünyasını dəyişib

Qobustanda doğuş zamanı ana dünyasını dəyişib Onun yeni doğulan oğlu isə sağ qalıb
Hadisə
17 Oktyabr , 2017 21:50
Qobustanda doğuş zamanı ana dünyasını dəyişib

Qobustan. 17 oktyabr. REPORT.AZ/ Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.

Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki qız övladı var. Yeni doğulan oğlan isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi