Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB-2

Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB-2 Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Hadisə
3 mart 2020 13:29
Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB-2
pexels.com
0 : 00
0 : 00

Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərin son durumu açıqlanıb.

TƏBİB-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, uşaq əməliyyatdan çıxıb.

“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Digər zəhərlənən şəxslərin də vəziyyəti ağır-stabil olaraq qalır. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, - məlumatda bildirilib.


***12:53

Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərdən biri ölüb.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva “Report”a bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.


***09:30

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi