Qobustanda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb

Qobustanda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb Qobustan. 21 iyun. REPORT.AZ/ Qobustan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 İyun , 2018 09:18
Qobustanda avtomobil gənc oğlanı vurub, sürücü qaçıb
0 : 00
0 : 00

Qobustan. 21 iyun. REPORT.AZ/ Qobustan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakin, 1994-cü il təvəllüdlü Rahil Rafiq oğlu Hacıyevi avtomobil vuraraq yolun kənarına atıb.

O, ətrafdakıların köməyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğundan paytaxtakı özəl klinikalardan birinə göndərilib. Qəzanı törədən şəxsin axtarışlarına başlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi