Qobustanda avtomobil aşıb

Qobustanda avtomobil aşıb Qobustan rayonundaağır yol qəzası baş verib.
Hadisə
1100
20 İyul , 2020 09:30
Qobustanda avtomobil aşıb

Qobustan rayonunda ağır yol qəzası baş verib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan 10-TJ-053 dövlət nömrə nişanlı "BMW X6" markalı avtomobil idarəetməni itirib və yoldan kənara çıxaraq aşıb. Nəticədə avtomobil tam yararsız vəziyyətə düşüb. Hadisə vaxtı avtomobildə tək olan sürücü sağ qalıb. 

Qəzaya döngəli enişdə yüksək sürətin səbəb olduğu güman edilir.

Araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi