Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb

Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
28 Sentyabr , 2021 12:50
Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi