Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə
522
3 Sentyabr , 2021 10:15
Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qobustan rayonunda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, bu ilin mart ayının 18-də rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

İş üzrə toplanan sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi