Qobustanda 10 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb

Qobustanda 10 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb Qobustan rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
3 Noyabr , 2019 11:58
Qobustanda 10 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb

Qobustan rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini 2009-cu il təvəllüdlü Hüseynov Vüsal Vüqar oğlu ehtiyatsızlıq edərək iki mərtəbəli evin ikinci mərtəbəsindən yıxılıb.

Yaralı ətrafdakıların köməkliyilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər uşağa sağ bazu sümüyünün sınığı diaqnozunu qoyublar.

Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi