Qobuda kişi arvadını bıçaqladı

Qobuda kişi arvadını bıçaqladı Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
183
17 Mart , 2020 09:28
Qobuda kişi arvadını bıçaqladı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.

Daha sonra qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi