Abşeron rayonunun Qobu qəsəbəsində növbəti itdişləmə hadisəsi olub.
"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Heydərov Pərviz Məmmədağa oğlu öz saxladığı itin hücumuna məruz qalıb.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ qolunun dişlənmiş-didilmiş yarası diaqnozu qoyulub və quduzluğa qarşı vaksin vurulub.