Bakı. 17 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba rayonu üzrə qazisi Hacı Naib Səttarovun yaxın qohumu avtomobil qəzasında dünyasını dəyişib.
"Report" xəbər verir ki, N.Səttərovun bacısı qızı Səadət Abdulla qızı Səttərova avtomobil qəzası nəticəsində ölüb.
Xatırladaq ki, hadisə Siyəzən rayonunun Zarat kəndi ərazisində baş verib. Bakı şəhər sakini Rövşən Səttarov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücünün həyat yoldaşı Səadət Səttarova dünyasın dəyişib. R.Səttarov, anası və azyaşlı uşağı ağır bədən xəsarətləri alıb.