Ağdam sakini qızını öldürüb

Ağdam sakini qızını öldürüb ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 İyul , 2016 12:25
Ağdam sakini qızını öldürüb

Bakı. 21 iyul. REPORT.AZ/ Xırdalanda qətl hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsinin  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi