Qızılağac qoruğunda polisi tüfənglə hədələyən şəxslər saxlanılıblar

Qızılağac qoruğunda polisi tüfənglə hədələyən şəxslər saxlanılıblar Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.
Hadisə
11 Oktyabr , 2018 10:57
Qızılağac qoruğunda polisi tüfənglə hədələyən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

“Report”un xəbərinə görə, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi