Bakı. 13 dekabr. REPORT.AZ Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un məlumatına görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkil Elçin Sadıqvov vəsatətlə çıxış edərək cinayət işinin qismən məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət tənin edilməyib. Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.