Qiyas İbrahimovun apellyasiya şikayəti təmin edilməyib

Qiyas İbrahimovun apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb
Hadisə
5 İyun , 2017 16:33
Qiyas İbrahimovun apellyasiya şikayəti təmin edilməyib

Bakı. 5 iyun. REPORT.AZ Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.İbrahimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi