Azərbaycanda qadın qisas almaq bəhanəsi ilə 17 yaşlı qaynı oğluna 6 bıçaq zərbəsi vurub

Azərbaycanda qadın qisas almaq bəhanəsi ilə 17 yaşlı qaynı oğluna 6 bıçaq zərbəsi vurub Yaralı əməliyyat olunub, vəziyyəti ağırdır
Hadisə
7 Dekabr , 2015 15:31
Azərbaycanda qadın qisas almaq bəhanəsi ilə 17 yaşlı qaynı oğluna 6 bıçaq zərbəsi vurub

Bakı. 7 dekabr. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 17 yaşlı Məhəmməd Qarayev əmisinin həyat yoldaşı Şəmsiyə Məmmədova tərəfindən bıçaqlanıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, yaralının vəziyyəti ağır olduğundan əməliyyat olunub: "M.Qarayev altı bıçaq zərbəsi xəsarəti ilə xəstəxanaya gətirilib. Çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan xəstə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır".

Hadisəni törədən S.Məmmədova Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisənin qisas zəminində baş verdiyi bildirilir. Belə ki, ötən il S.Məmmədovanın oğlu Adil Qarayev kanalda çimərkən boğulub. A.Qarayev boğulan zaman onun əmisi oğlu M.Qarayev də onun yanında olub. S.Məmmədova oğlunu M.Qarayevin suda batıraraq boğduğunu iddia edib və cinayəti oğlunun qisasını almaq üçün törətdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi