Qış rejiminə uyğun olmayan avtobuslar cərimə meydançasına aparılır

Qış rejiminə uyğun olmayan avtobuslar cərimə meydançasına aparılır Ağstafada sərnişindaşıma ilə əlaqədar tədbir keçirilib
Hadisə
25 Fevral , 2021 11:13
Qış rejiminə uyğun olmayan avtobuslar cərimə meydançasına aparılır

Ağstafada sərnişindaşıma ilə əlaqədar tədbir keçirilib

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin(DYPB) əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir. Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməyi göstərirlər. Bundan əlavə, sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.

Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi