"Qırmızı kitab"ın azərbaycanlı həmmüəllifi vəfat edib

"Qırmızı kitab"ın azərbaycanlı həmmüəllifi vəfat edib O, Nəbatat bağının direktoru olub
Hadisə
24 Fevral , 2015 10:16
Qırmızı kitabın azərbaycanlı həmmüəllifi vəfat edib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəbatat bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı vəfat edib. "Report" xəbər verir ki, mərhum 76 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, O.İbadlı "Qırmızı kitab"ın, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. Mərkəzi Nəbatat bağının Elmi Şurasının sədri, Bakı şəhərində Aqro-Bədii Şuranın, Dənizkənarı Milli parkın Elmi-Metodik Şurasının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun Müdafiə Şurasının, "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü olan Oruc İbadlı 2007-ci ilin əvvəlində AMEA-nın müxbir üzvü seçilib.

Akademiyanın 60 illik yubileyi ilə əlaqədar "Tərəqqi" medalı və elmdə qazandığı uğurlara görə dəfələrlə Azərbaycan AMEA-nın fəxri fərmanları ilə təltif edilib, müxtəlif elmi, ictimai və dövlət təşkilatları tərəfindən fərmanlara, təşəkkürlərə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi