Yuxarı
    Bağlamaq

    Qida Təhlükəsizliyi Agentliyi bakteriya aşkarlanmış məhsulların geri çağırılması ilə bağlı məlumat yayıb

    Bakı. 1 fevral. REPORT.AZ/ Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb.

    Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

    Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.

    Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.

    Buna baxmayaraq, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat vermələri xahiş olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi