QHT sədrinin qətl törədən qardaşına hökm oxunub

QHT sədrinin qətl törədən qardaşına hökm oxunub Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Noyabr , 2017 12:13
QHT sədrinin qətl törədən qardaşına hökm oxunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında İ.Mehdiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il yanvarın 31-də baş verib. Cinayəti törədən 31 yaşlı İ.Mehdiyev hadisəni törədən zaman içkili olub.

Xatırladaq ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyevdir. O, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhidailələri” İctimai Birliyinin sədridir.

İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi