Qəzaya düşən qardaşlardan biri öldü - MƏHKƏMƏ

Qəzaya düşən qardaşlardan biri öldü - MƏHKƏMƏ Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Şahəddin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 May , 2020 11:11
Qəzaya düşən qardaşlardan biri öldü - MƏHKƏMƏ

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Şahəddin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.

Hakim İbrahim Fəttahovun icraatında olan iş üzrə hazırlıq iclası hələlik təyin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində - Hüngütlü kəndi ərazisində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük maşını "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər - rayonunun Mallı-Şıxlı kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğlu və qardaşı, 1989-cu il təvəllüdlü İsmayılzadə Pərviz Nizami oğlu isə ağır xəsarət alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşlardan M.İsmayılov dünyasını dəyişib.

Ş.Qədirova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi