Yuxarı

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib

Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Azəravtoyol"dan "Report"a verilən məlumata görə, “Dongfeng” markalı yük maşının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi