Qəza zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb

Qəza zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir
Hadisə
16 Dekabr , 2016 16:06
Qəza zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Ötən gün güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, helikopter və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Son xəbərlər

Orphus sistemi