İmişli. 20 yanvar. REPORT.AZ/ İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, "QAZ-el" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
*** 11:23
İmişli. 20 yanvar. REPORT.AZ/ İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Belə ki, "QAZ-el" markalı yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.
Nəticədə" VAZ"ın sürcüsü ölüb və həmin avtomobildə olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili yardım maşınları ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən sürcünün meyiti müayinə olunması üçün