Qətlə yetirilən Aytac Babayevanın qohumları prokurorluq binasının qarşısında aksiya keçirib

Qətlə yetirilən Aytac Babayevanın qohumları prokurorluq binasının qarşısında aksiya keçirib Polis əməkdaşları dinc keçirilən aksiyaya nəzarət edib
Hadisə
2 May , 2015 13:28
Qətlə yetirilən Aytac Babayevanın qohumları prokurorluq binasının qarşısında aksiya keçirib

Bakı. 2 may. REPORT.AZ/ Bakıda qətlə yetirilmiş 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızının qohumları və tanışları Nizami rayon Prokurorluğunun inzibati binasının qarşısında etiraz aksiyası keçirib. “Report”un əməkdaşı xəbər verir ki, polis əməkdaşları dinc keçirilən aksiyaya nəzarət edib.

Aksiya iştirakçıları cinayəti törətməkdə şübhəli bilinən İzzət Hüseynova ən ağır – ömürlük həbs cəzası verilməsini istəyir. Onlar, həmçinin KİV-də və sosial şəbəkələrdə A.Babayeva haqqında bəzi mənfi məlumatların yayılmasına etiraz edib.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib. O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: “Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Son xəbərlər

Orphus sistemi