Yuxarı
    Bağlamaq

    Qətlə yetirilən qadın qızıl alverçisinin mənzilində 1 milyon manatlıq qızıl olub - EKSKLÜZİV

    Bir həftə əvvəl ona mühafizəçi tutmaq məsləhət görülüb

    Bir həftə əvvəl ona mühafizəçi tutmaq məsləhət görülüb

    Bakı. 7 yanvar. REPORT.AZ/ Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub. Bu barədə “Report”un müxbirinə onun qonşularından biri məlumat verib.

    M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.

    Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.

    M.Namidzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

    Sonradan isə G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi