​Qətlə yetirilən iş adamının qızı: “Anama məxsus 30 min dollarlıq qızıl oğurlanıb”

​Qətlə yetirilən iş adamının qızı: “Anama məxsus 30 min dollarlıq qızıl oğurlanıb” DİN hadisə ilə bağlı rəsmi məlumat yayıb
Hadisə
6 Yanvar , 2016 13:25
​Qətlə yetirilən iş adamının qızı: “Anama məxsus 30 min dollarlıq qızıl oğurlanıb”

Bakı. 6 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) qızıl alveri ilə məşğul olan qadın iş adamının qətlə yetirilməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb. M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi