Qətldə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Qətldə təqsirləndirilən şəxsin istintaqı başa çatdı Gədəbəy rayonunda qətl törətməkdə təqsirləndirilən Anar Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
294
11 İyun , 2020 20:03
Qətldə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Gədəbəy rayonunda qətl törətməkdə təqsirləndirilən Anar Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.

Gədəbəy rayon sakini, 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini, 1980-ci il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilib.

A.Nuriyev avqustun 1-i Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

O, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

İstintaq nəticəsində Anar Nuriyevin başqa cinayətləri də araşdırılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi