Qətldə təqsirləndirilən şəxs vəkildən imtina edib

Qətldə təqsirləndirilən şəxs vəkildən imtina edib Yusif Bağırovun cinayət işində adı şahid kimi keçən polis əməkdaşı məhkəməyə gəlməyib
Hadisə
11 Fevral , 2016 12:28
Qətldə təqsirləndirilən şəxs vəkildən imtina edib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yusif Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda şahidlər Emin Xəlilov, Yusif Bayramov ifadə verib.

İşdə adı şahid qismində keçən Nicat Səlimov məhkəməyə gəlməyib. Polis əməkdaşı olan N.Səlimov iclasa gəlməməsinə səbəb kimi  səhhətində yaranan problemi göstərib. Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alan polis əməkdaşı məhkəməyə ərizə göndərib. O, ərizəsində bildirib ki, istintaqa verdiyi ilkin ifadəsini təsdiqləyir.

Daha sonra təqsirləndirilən şəxs Y.Bağırov hüquqlarını müdafiə edən vəkildən imtina etdiyini deyib. O, yeni vəkilin növbəti məhkəmə iclasında gələcəyini söyləyib. 

Məhkəmə fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.

Son xəbərlər

Orphus sistemi