Yuxarı

Qətl törədən gənc qız Ali Məhkəməyə müraciət edib

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Qətl törətməkdə təqsirləndirilən Xalitova Aydan Araz qızı barəsindəki hökmdən kassasiya şikayəti verib.

"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas fevralın 10-na təyin edilib.

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ildə baş verib. 1998-ci il təvəllüdlü Xalitova Aydan Araz qızı münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqlayıb. Hadisədən sonra Ş.Abdullayeva dünyasını dəyişib. İstintaq zamanı məlum olub ki, həmin şəxslər arasındakı münaqişə oğlan üstündə baş verib.

A.Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan gənc qız apellyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi