​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub

​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub O, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Fevral , 2016 17:40
​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü il T.Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. T.Əhmədov münaqişə zəminində İlkin Şirinovu bıçaqlayıb. Hadisədən sonra T.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi