​Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

​Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Prosesin baxış iclası sentyabrın 21-nə təyin edilib
Hadisə
14 Sentyabr , 2015 17:58
​Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Samir İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi