Keçmiş arvadını azyaşlı qızının gözü qarşısında öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Keçmiş arvadını azyaşlı qızının gözü qarşısında öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Cari il martın 13-də Astara rayon Maşxan kənd sakini 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Hadisə
25 iyun 2023 13:09
Keçmiş arvadını azyaşlı qızının gözü qarşısında öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Astarada keçmiş arvadını azyaşlı qızının gözü qarşısında öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cari il martın 13-də Astara rayonunun Maşxan kənd sakini, 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Yusif Verdiyevin evə qanunsuz daxil olmaqla yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qurbanovanı azyaşlı qızının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Verdiyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi