Azərbaycanda qəsdən adamöldürmə cinayətləri azalıb

Azərbaycanda qəsdən adamöldürmə cinayətləri azalıb 2019-cu ildə qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.
Hadisə
14 Fevral , 2020 17:09
Azərbaycanda qəsdən adamöldürmə cinayətləri azalıb

2019-cu ildə qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.

“Report” xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, qeydə alınmış həmin cinayətlərin sayı əvvəlki illə müqayisədə azalıb, açılma faizi 96,1% olmaqla sabit qalıb. 

Son xəbərlər

Orphus sistemi