Qərb bölgəsinə güclü yağış və dolu yağıb, təsərrüfata ziyan dəyib - YENİLƏNİB - VİDEO

Qərb bölgəsinə güclü yağış və dolu yağıb, təsərrüfata ziyan dəyib - YENİLƏNİB - VİDEO Dağ çaylarında suyun səviyyəsi qalxıb
Hadisə
1 İyun , 2018 20:20
Qərb bölgəsinə güclü yağış və dolu yağıb, təsərrüfata ziyan dəyib - YENİLƏNİB - VİDEO
Report
0 : 00
0 : 00

Gəncə. 1 iyun.  REPORT.AZ/ Azərbaycanın qərb bölgəsinə yağan dolu meyvə ağaclarına və təsərrüfata ziyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, dağ çaylarında suyun səviyyəsi qalxıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti səngiyib. 


*** 17:43

Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağır.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. 

Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir. 

Son xəbərlər

Orphus sistemi