Qərb bölgəsinə dolu düşüb

Qərb bölgəsinə dolu düşüb Azərbaycanın qərb bölgəsində - Daşkəsən, Gədəbəy, Şəmkir və Göygöl rayonlarında leysan xarakterli intensiv yağış müşahidə olunub.
Hadisə
2 İyun , 2020 21:01
Qərb bölgəsinə dolu düşüb

Azərbaycanın qərb bölgəsində - Daşkəsən, Gədəbəy, Şəmkir və Göygöl rayonlarında leysan xarakterli intensiv yağış müşahidə olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmçinin bir çox dağ kəndlərinə və rayon mərkəzlərinə dolu düşüb.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, əkin sahələrinə və meyvə ağaclarına zərər dəyib. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir, güclü şimşək çaxır.

Son xəbərlər

Orphus sistemi