Qəhrəman Ağayev: "Qubada Soyqırım Məzarlığındakı sümüklər çürüyür" - FOTO - VİDEO

Qəhrəman Ağayev: "Qubada Soyqırım Məzarlığındakı sümüklər çürüyür" - FOTO - VİDEO Ərazi yüksək səviyyədə qorunsa da, karroziyyanın qarşısını almaq mümkün deyil
Hadisə
29 Mart , 2017 15:36
Qəhrəman Ağayev: Qubada Soyqırım Məzarlığındakı sümüklər çürüyür - FOTO - VİDEO
Report.az

Quba. 29 mart. REPORT.AZ/ Quba Memorial Soyqırım Kompleksindəki insan sümükləri çürüməyə başlayıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnistitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev "Report"un şimal bürosuna bildirib ki, ərazi yüksək səviyyədə qorunsa da, karroziyyanın qarşısını almaq mümkün deyil. "Bu il aprelin 1-də məzarlığın aşkar edilməsinin 10 ili tamam olacaq. Təbii proseslər nəticəsində çürümə halları arta bilər. Azərbaycan Milli Elmlər Akademiyasında tarixçi alimlərin iştirakı ilə bir neçə dəfə müşavirə keçirilib. Qərara alınıb ki, sümüklərin çürüməməsi üçün ərazi mütləq şüşə örtüklə bağlanılmalıdır. Əks halda çürümə prosesi sürətlənəcək".

Q.Ağayev əlavə edib ki, ərazidə çürümə ilə yanaşı, torpaq sürüşməsi də baş verir: "Nəticədə quyulardan biri yararsız hala düşüb. Bu prossesin qarşısını almaq üçün aidiyyatı təşkilatlar iş görməlidir. 100 illik tarix göz önündə məhv olur".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə, 2012-2013-cü illərdə ərazidə Memorial Xatirə Kompleksi tikilərək istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi