Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Şahruz Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı
Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Badamdar qəsəbəsində yerləşən qəbiristanlıqda baş verib.
İttihama görə, Ş.Heydərov 1993-cü il təvəllüdlü Paşayev Rəşad Sənan oğlunu bıçaqlayıb. Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.
Ş.Heydərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.