Qəbiristanlıqda bibisini öldürən şəxsə hökm oxunub

Qəbiristanlıqda bibisini öldürən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayonunda qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 May , 2019 15:59
Qəbiristanlıqda bibisini öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayonunda qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışında M.Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi